Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nikah şahidi olub.
Xəbərə görə, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın oğlu evlənib.
Ərdoğanın nikah şahidi olduğu toyda yüksək təhlükəsizlik tədbirləri görülüb. Ərdoğanla birlikdə baş nazirin müşaviri Yalçın Akdoğan və Diyanət işləri naziri Mehmet Görmez də yeni evlənən gənclərin nikah şahidi olublar.
Jurnalistlər üçün bağlı keçirilən toy Ankara Ticarət Odası Konqresinin binasında keçirilib. Jurnalsitlər mərkəzin ancaq 300 metrliyinə buraxılıb.
Toyu təbrik etmək üçün göndərilən gül çələnglərinin heç biri içəri alınmayıb./ans/