Bolqarıstanda prezident və 47-ci Xalq məclisinə seçkilər keçirilir.
Teleqraf.com xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 07.00-da (Bakı vaxtı ilə 09.00) açılıb.
6,7 milyon aktiv səsvermə hüquqlu vətəndaşın olduğu ölkədə 13 mindən çox səsvermə məntəqəsi fəaliyyət göstərir.
Bundan əlavə, xaricdə yaşayan bolqarlar üçün 68 ölkədə 750 məntəqə açılıb.
Epidemioloji vəziyyət ağır olduğu üçün Yeni Zelandiya səsvermənin təşkilinə icazə verməyib.