Bolqarıstanda keçirilən prezident və növbədənkənar parlament seçkiləri üçün səsvermə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, prezident seçkilərində fəallığın 33 faiz olması və namizədlərin səslərin 50+1 faizinə çata bilmədikləri üçün ölkə prezidenti ikinci turda müəyyənləşəcək.
Məlumata görə, prezident seçkilərində Bolqarıstan Sosialist Partiyasının (BSP) dəstəyi ilə namizədliyi irəli sürülən hazırkı Prezident Rumen Radev səslərin 49.1 faizini qazanaraq seçkilərin noyabrın 21-də keçiriləcək ikinci turuna yüksəlib.
Keçmiş baş nazir Boyko Borisovun GERB partiyası tərəfindən dəstəklənən Sofiya Universitetinin rektoru, professor Anastas Gerçikov 26.5 faiz səs qazanaraq ikinci turda Radevin rəqibi olub.
Seçkilərdə türk və müsəlmanların yeganə namizədi olan Haqq və Azadlıq Hərəkatı Partiyasının sədri Mustafa Karadayı 9.8 faiz səslə 3-cü yeri tutub.