15 Noyabr 2021 19:54
2 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya, Liviya və Azərbaycanda (Qarabağ) uğurları ilə dünyada diqqət çəkən və Ukraynada istifadə olunmağa başlayan Türkiyə istehsalı “Bayraktar TB2” dronları Rusiyada narahatlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, Ukraynanın türk dronlarından istifadə etməsinin Donbas bölgəsində müharibənin dayandırılması üçün imzalanan Minsk razılaşmasına zidd olduğunu deyən Rusiya Prezidenti Vladimir Putin başda ABŞ rəhbərliyi olmaqla, bu durumu dəstəkləməkdə ittiham etdiyi digər Qərb dövlətlərinə də reaksiya verib.

Putin Ukraynanın Donbasda “Bayraktar” PUA-larından istifadə etməsinə ABŞ-dan heç bir reaksiya olmadığını, Avropadan isə çox zəif təpkinin göstərildiyini vurğulayıb.

O, Avropanın “Bayraktar”larla hücumlara dözdüyünü, ABŞ-ın da buna dəstək verdiyini deyib:

“Ukrayna prezidenti sevinclə “Bayraktar”lardan, yəni pilotsuz uçuş aparatlarından istifadə etdiklərini bəyan edir. Bu vasitələrdən münaqişə bölgəsində istifadə olunur, bu, Minsk razılaşması və digər razılaşmalarla qəti şəkildə qadağandır”.

Rusiya lideri çıxışının davamında əlavə edib:

“Avropa buna ümumiyyətlə reaksiya vermir. Birləşmiş Ştatlar isə ümumiyyətlə bunu praktikada dəstəkləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər