15 Noyabr 2014 22:39
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna hər iki tərəfin qoşunlarının Donbasdan çıxarılması haqqında plan hazırlayıb.

Teleqraf.com-un Unian.net-ə istinadən məlumatına görə, bu barədə informasiyanı ATƏT yayıb.

Təşkilat proyektin üç mərhələdən ibarət olduğunu bildirib. Bu mərhələlər iki günlük sakitliyin bərpa olunması, beş gün ərzində ağır texnikanın bölgədən kənarlaşdırılması və Minsk Memorandumuna əsasən, 21 gün ərzində təmas xətləri üzərində qüvvələrin bölünməsindən ibarət olacaq. Hazırda Rusiya və Ukraynanın bu proyekti Donetsklə müzakirə etməyə başladığı söylənilib.

Qeyd edək ki, ATƏT-in yayımladığı hesabatda Luqanskın adı çəkilməyib.


Müəllif: