Rusiyada nəşr olunan “Voenno-promışlennıy kurer” qəzetindəki məqaləyə görə, “İsgəndər-M” raketi bütün Avropa qitəsinə çata biləcək mənzilə malikdir.
Teleqraf.com xəbər verir ki, “İsgəndər-M” raket sistemlərinin Qərb Hərbi Dairəsinin Əlahiddə Ümumqoşun Ordusunun xidmətinə daxil edilməsi ilə Rusiya Quru Qoşunlarının raket bölmələrinin yenidən təchiz edilməsi prosesinin başa çatdırıldığı bildirilib.
Məqalədə Qərb Hərbi Dairəsinin qoşunlarının potensial düşmənin strateji hədəflərini əhəmiyyətli məsafələrdən effektiv şəkildə vurmaq imkanı əldə edəcəyi qeyd edilib və bildirilib ki, Ukrayna, Polşa, Litva, Latviya, Estoniya, Danimarka, İsveç və Finlandiya raketlərin təsir dairəsinə düşür.
Məqalədə 9M728 və 9M729 raketlərinin uçuş məsafəsinin 499 kilometr olduğu, “İsgəndər-M” raket sisteminin isə bütün Avropa qitəsinə çata biləcək mənzilə sahib olduğu da vurğulanıb.