Avstriyanın keçmiş kansleri Sebastyan Kurts siyasətdən tamamilə getmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, onun yerini – Avstriya Xalq Partiyasının lideri postunu Karl Nehammer tuta bilər.
Nəşr S.Kurtsun bu qərarını xüsusilə oğlunun dünyaya gəlməsi ilə əlaqələndirib.
Qəzet bu məsələ ilə bağlı rəsmi şərh verməyib.
Sebastiyan Kurts oktyabr ayında korrupsiya işi ilə bağlı prokurorların araşdırması fonunda Avstriya kansleri vəzifəsindən istefa verdiyini açıqlamışdı.