Avstriya Daxili İşlər Nazirliyinin hazırkı rəhbəri Karl Nehammer keçmiş kansler Sebastyan Kurtsun siyasətdən birdəfəlik getməsindən sonra Avstriya Xalq Partiyasına (AXP) rəhbərlik edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kurier” qəzeti məlumat yayıb.
Bu barədə qərar AXP idarə heyətinin dekabrın 3-də keçirilən iclasında qəbul edilib.
Qeyd olunur ki, bütün səslər Nehammerin namizədliyinə verilib.
Gerhard Karner Avstriya Daxili İşlər Nazirliyinin mümkün yeni rəhbəri kimi müzakirə olunur.
Nehammer həm də Avstriyanın kansleri vəzifəsinə namizəd olub.
Dekabrın 2-də Avstriyanın keçmiş kansleri Sebastyan Kurts Avstriya Xalq Partiyasının sədri postunu tərk edərək siyasətdən getdiyini rəsmən bəyan edib.