4 Dekabr 2021 20:19
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın cənubunda 3,1 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Sameba kəndindən 7 kilometr aralıda, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com