Finlandiya Baş naziri Sanna Marin COVID-19 riskinə baxmayaraq, həftəsonu səhər saatlarına qədər gecə klubunda əyləndiyi fotosunun üzə çıxmasından sonra üzr istəyib.
Teleqraf.com xəbər verir ki, 36 yaşlı Marin xarici işlər naziri Pekka Haavistonun koronavirus testinin müsbət çıxmasından bir neçə saat sonra evdə təcrid olunmaq əvəzinə əri və dostları ilə Helsinkidəki gecə klubuna getdiyi üçün tənqid edilib.
Sanna Marinin gecə klubunda çəkilmiş fotoları yayımlandıqdan sonra üzr istəyib və bunu deyib: “Həyat yoldaşımla yemək yeməyə, alış-veriş etməyə getdik. Dostlarla görüşdük, axşamdan və gecə həyatından həzz aldıq”.
Baş nazir qeyd edib ki, bir dövlət rəsmisi ona yoluxmuş şəxslə təmasda olmasına baxmayaraq, ondan özünü təcrid etməyi tələb etmədiyini deyib.
“Mən daha yaxşı qərarlar verməliydim və mənə verilən məlumatı iki dəfə yoxlamalıydım. Bunu etməli olduğumu başa düşmədiyim üçün çox təəssüf edirəm”, - Marin söyləyib.
Finlandiyanın MTV3 TV telekanalının sorğusu nəticəsində məlum olub ki, respondentlərin üçdə ikisi Marinin gecə əyləncisini “ciddi səhv” kimi qiymətləndirib.
Müxalifət partiyaları da Marini COVID-19 qaydalarını pozduğuna görə tənqid ediblər.
Avropada pandemiya zamanı ən aşağı yoluxma hallarının müşahidə olunduğu Finlandiyada son həftələrdə yoluxma sayı gündəlik 300-ü keçib.