11 Dekabr 2021 00:39
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İngiltərə və Uels məhkəməsinin WikiLeaks-in yaradıcısı Culian Assanjın ABŞ-a ekstradisiyasına dair qərarını alqışlayır.

Teleqraf.com xəbər verir ki, bu bərədə məlumatı ABŞ ədliyyə nazirliyi yayıb.

Dekabrın 10-da İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasına qoyulan qadağanı ləğv edib. İş daha əvvəl Assanjın intihar riski səbəbindən ABŞ-a ekstradisiya edilə bilməyəcəyi barədə qərar çıxaran birinci instansiya məhkəməsinə qaytarılacaq. Məhkəmə qərarında onun həbsdə qalması da qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər