15 Dekabr 2021 14:03
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bunu Tviter səhifəsində yazıb.

Dövlət katibi qeyd edib ki, Vaşinqton Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistan Xarici İşlər Nazirliyinin normallaşma prosesini müzakirə etmək üçün xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı bəyanatlarını alqışlayır və qətiyyətlə dəstəkləyir.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 13-də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələr təyin edəcəyini bəyan edib. Həmçinin bildirib ki, İrəvanla çarter reysləri açılacaq.

Dekabrın 14-də Ermənistan Xarici İşlər Nazirliyi İrəvanla Ankara arasında xüsusi nümayəndələrin təyin edilməsinə dair razılaşmanın mövcudluğunu təsdiqləyib.


Müəllif: Nemət

Oxşar xəbərlər