Almaniyaya aid hərbi gəmi 20 ildən sonra ilk dəfə Cənubi Çin dənizinə daxil olub.
Teleqraf.com-un məlumatına görə, Almaniya Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, Sinqapura çatmaq məqsədilə bayern donanmasının gəmisi Cənubi Çin dənizinə daxil olub.
Qeyd edək ki, bu 2002-ci ildən bu yana ilk alman gəmisidir ki, Cənubi Çin dənizinə daxil olur.
Alman rəsmiləri bəyan edirlər ki, Almaniya donanması ümumi ticarət yoluna sadiq qalacağını bildirib.
Hərbi gəminin Tayvan boğazına girməyəcəyi də qeyd edilib.