18 Dekabr 2021 23:13
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınmaq və bu anlaşmanın icrasını dayandırmaq İranın xeyrinə deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Abdulla bin Xalid bin Sultan deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün vacib amildir.

Bin Sultan qeyd edib ki, Səudiyyə Ərəbistanı İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün göstərilən bütün beynəlxalq səylərə dəstək verir:

“Beynəlxalq ictimaiyyət İranın nüvə proqramının dinc xarakter daşımasından əmin olmaq üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə dəstək verməli, yardım etməlidir. Hesab edirik ki, üzərinə götürdüyü öhdəliklərdən yayınmaq və bu anlaşmanın icrasını dayandırmaq İranın xeyrinə deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər