20 Dekabr 2021 11:14
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ABŞ-la silahlı qarşıdurmadan qorxmur və bu olarsa, sona qədər mübarizə aparacaq.

Teleqraf.com xəbər verir ki, bunu Çin Xarici işlər naziri Van Yi deyib.

Nazirin sözlərinə görə, Pekinin mövqeyi dəyişməzdir, Çin əməkdaşlığı dəstəkləyir və bərabərhüquqlu dialoq və müsbət rəqabət gözləyir:

“ABŞ-da bəzi insanlar digər ölkələrin inkişaf etmək hüququnu tanımaq, Çinin daim güclənməsi və inkişaf etməsi faktını qəbul etmək istəmir. Eyni zamanda, ABŞ Çinlə qarşılıqlı faydalı əməkdaşlıq yolunu tutmaqdan imtina edir. Çini dayandırmaq və sıxışdırmaq üçün cəhdlər edirlər”.

ABŞ Dövlət katibi Entoni Blinken isə Amerika və Çin arasında ehtimal olunan qarşıdurmanın nəticələrinin bütün iştirakçılar üçün fəlakətli ola biləcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton Pekinlə rəqabətin mümkün qarşıdurmaya çevrilməsini önləməkdə qərarlıdır, bunu ABŞ Prezidenti Co Bayden ötən ay Çin dövlət başçısı Si Cinpinə də deyib.


Müəllif: Mənsur Rəğbətoğlu