27 Dekabr 2021 10:22
4 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Türkiyənin “Bayraktar TB2” PUA-larının istehsalı başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Andrey Yermak açıqlama verib.

Rəsmi Kiyevin Qərbdən olan müttəfiqləri ilə birlikdə nəhəng hərbi yardım proqramı hazırladığını bildirən Yermak təkcə “Bayraktar” yox, başqa layihələrin də olduğunu qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya ilə həyata keçirilən 2.2 milyard dollarlıq dəniz layihəsi var, Fransa ilə həyata keçirilən oxşar proqramın dəyəri isə 1.3 milyard avrodur.


Müəllif: Mənsur Rəğbətoğlu