30 Dekabr 2021 20:38
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vyana danışıqlarında nəticənin əldə olunması üçün ilk növbədə ABŞ-ın sanksiyaları ləğv edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu İranın “3+2” formatı ilə Vyanada aparılan danışıqlardakı nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni deyib.

Onun sözlərinə görə, qarşı tərəflər İranın istəklərinə ciddi yanaşsalar yeni razılaşmanın əldə olunması sürətlənəcək.

“Hesab edirik ki, Vyanadakı danışıqlarda razılaşmanın əldə olunması üçün ilk növbədə Amerikanın ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalar ləğv edilməlidir. Sanksiyaların ləğvindən sonra nüvə fəaliyyətimizi azaldacağıq”, - iranlı diplomat söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər