İtaliyanın 80 il əvvəl yoxa çıxmış “Jantina” sualtı qayığı Egey dənizinin dibində tapılıb.
Teleqraf.com xəbər verir ki, “Jantina” sualtı qayığı Yunanıstanın Leros adasından göyərtəsində 48 dənizçi ilə çıxmışdı.
1941-ci il iyulun 5-də Böyük Britaniya sualtı qayığından buraxılan torpeda ilə batırılmışdı. “Jantina” Mikonos adasının cənubunda 103 metr dərinlikdə tapılıb. Sualtı qayığı İtaliya Hərbi-Dəniz Tarixi İdarəsinin qeydlərinin köməyi ilə tanımaq mümkün olub.
Suya 1932-ci ilə buraxılmış “Jantina” İspaniyada vətəndaş müharibəsində iştirak etmişdi. 1941-ci il iyulun 5-də Britaniyanın “Torbey” sualtı qayığından buraxılmış 6 torpeda ilə batırılan qayıqdan yalnız 6 dənizçi xilas ola bilmişdi.