ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat yayılıb.
Nazir məzuniyyətdə olarkən özündə koronavirusun simptomlarını hiss edib və test verib. Testin cavabı pozitiv çıxıb.
"Simptomlarım yüngüldür, həkim göstərişlərinə tam əməl edirəm", - deyə Ostin bəyanatında qeyd edib.