5 Yanvar 2022 08:08
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Gənclik və İdman Nazirliyi Sarıqamış şəhidlərinin xatirəsini yad etmək üçün yanvarın 7-9-da keçiriləcək builki anım yürüşünün proqramını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qardaş ölkənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu hər il olduğu kimi, bu il də Sarıqamış hərəkatının 107-ci ildönümü ilə əlaqədar Türkiyənin bütün vilayətlərini təmsil edən minlərlə gəncin anım yürüşündə iştirak edəcəyini bildirib.

Yürüşün proqramına əsasən, şəhid və qazi ailələrinin şərəfinə ehsan süfrəsi açılacaq, şəhidlərin ruhuna dualar oxunacaq. Sonra əllərində məşəllər tutan iştirakçıların Sarıqamış şəhidliyinə yürüşü olacaq və anım mərasimi keçiriləcək.

Xatırladaq ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində - 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı nəticəsində ağır iqlim şərtləri səbəbindən minlərlə itki verib. Faciədən 107 il keçsə də, Sarıqamış şəhidlərinin xatirəsi Türkiyə xalqı tərəfindən dərin ehtiramla anılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər