5 Yanvar 2022 10:48
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın daha bir ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Yaponiya Müdafiə naziri Kişa Nobuo bildirib ki, ehtimala əsasən balistik raket Koreyanın daxili bölgələrindən atılıb.

Nazir Kişa açıqlayıb ki, təxmini hesablamalara görə həmin raket ümumi iqtisadi zonadan kənara düşüb:

"Şimali Koreyanın keçən ildən bəri cəhdləri böyük ehtimalla uğursuzdur".

Nazir bölgədə dənizdə gəmilərin və təyyarələrin təhlükəsizliyinin təsdiqlənməsi və mümkün zərərin müəyyən edilməsi ilə bağlı səlahiyyətli orqanlara tapşırıqlar verib.

Cənubi Koreya Baş Qərargahı raket sınağının yerli vaxtla 08:10 radələrində baş verdiyini və ABŞ-la əməkdaşlıq çərçivəsində regional vəziyyətin izləndiyini bildirib. Son sınağını 2021-ci ilin oktyabrında edən Şimali Koreya bu raketin sualtı qayıqdan atılan yeni tip ballistik raket olduğunu iddia edib.


Müəllif: Nemət

Oxşar xəbərlər