19 Noyabr 2014 05:36
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd silahlıları Suriyanın Kobani şəhərinin mərkəzini nəzarətə alıb.

Teleqraf.com “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “SANA” informasiya agentliyi məlumat yayıb.

“Kürd qüvvələri şəhərin mərkəzində hərbi əməliyyat keçirib, nəticədə 13 terrorçu öldürülüb, 6 bina azad olunub”, deyə “SANA”-nın internet səhifəsində bildirilir.

Agentliyin məlumatına görə, döyüşlər zamanı kürd silahlıları şəhərin mərkəzində silah-sursat anbarı ələ keçirib. Anbarda çoxlu sayda qumbaraatan, snayper tüfəngləri, iriçaplı pulemyotlar və patronlar olub.

Kürd silahlıları, ümumilikdə, ötən gün şəhərin müxtəlif hissələrində 30-dan çox İŞİD terrorçularını məhv edib. İŞİD qruplaşmasının çoxlu sayda silahlılarının cəmləşdiyi şəhərin cənub və cənub-şərq hissələrində vəziyyət gərgin olaraq qalmaqdadır.


Müəllif:

Oxşar xəbərlər