7 Yanvar 2022 18:25
1 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Deməliyəm ki, bu il asan olmayacaq, dünya köklü şəkildə dəyişəcək. Dünya xalqların və dövlətlərin ittifaqlarda birləşməsi baxımından dəyişəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bzim kimi dövlətlərin təkbaşına ayaqda qalması çətin olacaq və ya mümkün olmayacaq. Ona görə də suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlamaq üçün daha sərt kurs tutdum, bununla dövlət olduq”, - Lukaşenko bildirib.

Belarus lideri əlavə edib: “Başlanan il çox çətin olacaq və biz heç bir halda səhv etməməliyik. Bir bıçağın ucunda və ya nazik buz üzərində gedərkən büdrəsək, yıxılacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər