Almatı Beynəlxalq Hava Limanı qeyri-müəyyən müddətə bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
"Almatı hava limanı müvəqqəti bağlanıb. Aeroportun açılması barədə məlumat daha sonra veriləcək", - deyilib .
Daha öncə hava limanının fəaliyyətinin yanvarın 10-dək dayandırıldığı bildirilirdi.