Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Comərt Tokayev arasında telefon danışığı baş tutub.
Teleqraf.com-un məlumatına görə, tərəflər sülhməramlıların Qazaxıstandakı fəaliyyəti barədə müzakirə aparıblar.
“Qazaxıstan Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səmərəli fəaliyyətini nəzərə alaraq ölkədə, nəhayət, asayişin bərpası üzrə tədbirlər haqqında məlumat verib.
Sülhməramlı kontingentin Qazaxıstan ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasına başlanması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb”, - Kremlin yaydığı məlumatda qeyd olunub.