16 Yanvar 2022 20:39
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Respublikasının İturi əyalətində baş verən hücum nəticəsində 11 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hücum şənbədən bazara keçən gecə baş verib.

"İlkin məlumata görə, hücumçuların əli ilə 11 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb. Onlar Kokonyanq kəndində öldürülüb", - Baboa-Bakoe rayonunun rəhbəri Cona Lemi Zorabo deyib.

Onun fikrincə, kəndə hücumun arxasında “Konqonun İnkişafı Naminə Birlik” (CODECO) qrupunun üzvləri və onların müttəfiqləri, o cümlədən “Konqo Vətənpərvər İnteqrasiya Cəbhəsi”nın (FPIC) silahlıları dayanır. Onlar Konqo silahlı qüvvələrinin olmamasından istifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər