Qətərdə COVID-19 səbəbiylə 3 həftəlik körpə dünyasını dəyişib.
Teleqraf.com Qətər Xalq Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, körpənin başqa məlum tibbi və ya irsi xəstəlikləri olmayıb.
Nazirlik COVID-19 epidemiyasının yeni dalğasında gənclərin yaşlılara nisbətən ciddi risk altında olduğunu açıqlayıb. Bildirilir ki, əvvəlki dalğalarla müqayisədə indiki dalğada daha çox uşaqlar yoluxur və onların tibbi yardıma ehtiyac olur.
Qətərdə epidemiya başlayandan indiyədək 299 min 242 nəfərdə COVID-19 aşkarlanıb, 626 nəfər isə virusdan dünyasını dəyişib.