19 Yanvar 2022 10:53
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ili bütün dünyanı hərbi sınaqları ilə şoka salan Çinə qarşı ABŞ tam gücü ilə hərəkətə keçib. Pentaqon bu addımı ilə Hind-Sakit okean regionunda geri çəkilməyəcəyinə dair Pekinə ciddi mesaj verib.

Teleqraf.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə silahına malik sualtı qayığı Şimali Koreya və Çinə güc nümayişi olaraq son onilliklər ərzində ilk dəfə görüntülənib.

ABŞ donanmasının keçmiş kapitanı Vaşinqtonun "mesaj" göndərdiyini bildirib.

Quam hərbi dəniz bazasında tam məxfi sinfə aid olan “USS Nevada” sualtı qayığının görüntülənməsi Kim Çen In rejiminin raket sınaqlarından və Pekinlə gərginliyin artmasından sonra baş verib. Sualtı qayıq 20 Trident nüvə raketi ilə silahlanmış, okeanda məxfi patrul aparan Ohayo sinifli gəmidir və donanmada “Boomers” adı ilə tanınır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı və hazırda “Yeni Amerika” Təhlükəsizliyi Mərkəzinin analitiki olan Tomas Şuqart “Nevada”nın varlığının bir “mesaj” olduğunu deyib:

“Biz 100-ə yaxın nüvə başlığını qapınızın ağzında saxlaya bilərik və ruhunuz bunu duymaz, hətta bilsəniz də çox şey edə bilməzsiniz”.

Məlumat üçün qeyd edək ki, sözügedən gəminin patrulu və məxfi fəaliyyət müddəti 77 gün çəkir. İndi bu gəminin ortaya çıxması və hər kəsin onunla foto çəkdirməsi çox nadir hadisə sayılır.

Müharibə və strategiya professoru Alessio Patalano belə gəmilərin yerləşdirilməsinin daha tez-tez olacağını düşünür: “Belə gəmilərin, xüsusən də təlimlərdə olması, bölgədəki digər aktyorlar üçün mühüm imkan yaradır”.

ABŞ donanması isə bəyan edir ki, bu addım ABŞ-ın Hind-Sakit Okean regionuna bağlılığını əks etdirir.


Müəllif: Nemət

Oxşar xəbərlər