22 Yanvar 2022 17:10
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Mumbai şəhərində 20 mərtəbəli binada baş verən yanğın zamanı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, yanğın binanın 18-ci mərtəbəsində başlayıb.

Yanğını söndürmək üçün 13 yanğınsöndürmə avtomobili cəlb olunub. Xəsətəxanaya aparılan xəstələrdən ikisi ölüb, 5-nin durumunun ağır olduğu açıqlanıb.


Müəllif: Nemət