25 Yanvar 2022 23:56
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ təhlükəsizlik zəmanəti təkliflərinə cavab olaraq, Rusiyanın Avropanı narahat edən addımlarını qarşı tərəfə açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat verib.

Agentliyə açıqlama verən rəsmi mənbənin sözlərinə görə, ABŞ cavab tədbirlərini NATO və Avropa İttifaqı ilə əlaqələndirir. Aİ-nin rəsmi nümayəndəsi qeyd edib ki, rəsmi Moskvaya verilən yazılı cavabda Rusiyanın tələblərinin ətraflı müzakirəsi olmayacaq. Bunun əvəzində Vaşinqton Rusiyanın Qərb müttəfiqlərini narahat edən addımlarının siyahısını təqdim edəcək və bu yöndə yaranmış problemlərin həll yollarını verəcək.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Amerika administrasiyası təhlükəsizlik zəmanəti məsələlərində Rusiyaya güzəştə getmək niyyətində deyil. Prays Rusiyanın Avropada təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə ABŞ-ın cavabının bu həftə gözlənildiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər