ABŞ Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə yazılı cavab verib.
Tteleqraf.com xəbər verir ki, bunu Blomberg agentliyinin əməkdaşı Ceniffer Ceykobs oz "Twitter" səhifəsində yazıb.
Qeyd olunur ki, Birləşmiş Ştatlar öz cavabını ictimaiyyətə açıqlamağı planlaşdırmır, lakin Moskvanın sənədi aldıqdan sonra dərc edəcəyini də istisna etmir. Daha əvvəl Rusiya XİN başçısı Sergey Lavrov bildirmişdir ki, ABŞ tərəfindən təhlükəsizlik təminatı ilə bağlı cavabın dərc etməmək xahişi olarsa Rusiya bunu etməyəcək. Eyni zamanda o qeyd edib ki, Vaşinqtonun reaksiyasının mahiyyəti və məzmunu ictimaiyyətə çatdırılacaq.