27 Yanvar 2022 12:24
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan parlamenti senatının (yuxarı palata) deputatları plenar iclasda ölkənin eks-prezidenti Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına və Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericilik düzəlişlərini təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, iclas palatanın saytında canlı yayımlanıb.

Parlament məclisinin (aşağı palata) bu dəyişikliklərin plenar iclasa göndərilməsi üçün razılıq verməsi faktını yanvarın 19-da deputat Kanat Nurov bildirib. Daha sonra qanun layihələrinin mətnləri senatın saytında dərc edilib.

Palatanın konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları komitəsinin rəyinə əsasən, dəyişikliklər Qazaxıstan Xalqları Assambleyası sədrinin və Təhlükəsizlik Şurası sədrinin səlahiyyətlərinin ölkə prezidentinə verilməsinə yönəlib. Belə ki, Assambleya haqqında qanun Qazaxıstanın birinci prezidenti – Elbasının (xalqın lideri) ona ömürlük rəhbərlik etmək hüququnu, Təhlükəsizlik Şurası haqqında qanun isə Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququnu istisna edir.

Bundan başqa, parlamentdə Nazarbayevin Konstitusiya Şurasının üzvü olmaq, habelə hökumətdə və parlamentdə çıxış etmək hüququnu özündə saxlayan konstitusiya qanunlarına əlavə və dəyişikliklər müzakirə olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər