Gürcüstanın Baş naziri İrakli Qaribaşvili COVID-19-un "Omikron" ştamına yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, İrakli Qaribaşvili özünü yaxşı hiss edir və məsafəni saxlamaq şərti ilə işləməyə davam edir.
“Baş nazir peyvəndin tam kursunu tamamlayıb".
Qeyd edək ki, Qaribaşvili 2021-ci ilin aprelində də koronavirusa yoluxmuşdu.