Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin yaşaması ilə bağlı yeni iddia ortaya atılıb.
Teleqraf.com xəbər verir ki, Qəddafinin keçmiş qadın mühafizəçisi Ayşə əl-Fituri “Russia Today”a açıqlamasında onun ölmədiyini iddia edib.
Dünya tarixinə düşən linç görüntüləri ilə öldürülən şəxsin əslində Qəddafi olmadığını bildirən Ayşə əl-Fituri onun həmin gün Sirtəyə heç vaxt gəlmədiyini bildirib. Ayşə həmin gün Sirtə şəhərinə girən şəxsin ona oxşayan Həmid Əbu Minyar Qəddafi adlı başqa bir adamın olduğunu iddia edib.
Qəddafinin keçmiş mühafizəçisi devrilmiş liderin həmin gün Bəni Vəlidə gəldiyini, sonra isə oradan getdiyini bildirib.
Jurnalistin “DNT yoxlanılıb və onun Qəddafi olduğu sübut olunub” sözlərinə cavab verən əl-Fituri beynəlxalq təşkilatlar tərəfindən aparılan bütün DNT analizlərinin nəticələrini inkar edib:
“Bu, doğru deyil. Bəs nə üçün BMT bu günə qədər bu məsələ ilə bağlı qərar qəbul etməyib və cənazə niyə təhvil verilməyib?”.
Ayşə əl-Fituri Müəmmər Qəddafinin ölmədiyini və hələ də mübarizəyə rəhbərlik etdiyini iddia edib.