Yəmən ordusu husilərə məxsus 8 pilotsuz təyyarəni vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Yəmənin hökumət qüvvələrinin komandanlığı bildirib.
Həccə əyalətinin Harad şəhərinin bir sıra rayonlarında husilərlə şiddətli döyüşlər gedir.
Yəmən ordusu bir sıra yaşayış məntəqələrinə nəzarəti bərpa etmək üçün üsyançıların hücumunu dəf edib.
Ölkənin Baş naziri Muin Əbdülməlik daha əvvəl ordunun Haradı husilərdən azad edəcəyini bildirib.
Yəməndə silahlı qarşıdurma 2014-cü ildən davam edir. Qarşıdurma səbəbindən üç milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb