21 Noyabr 2014 01:02
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Kobaniyə şiddətli hücuma başlayıb.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, terrorçular şəhərin qərbinə ağır silahlarla zərbə endirməyə başlayıb.

Xəbərə görə, qarşıdurma dünən günortaya doğru yenidən başlanıb və getdikcə güclənib.

İŞİD-in zərbələrinə peşmərgə də top və raketlərlə cavab verib.

YPG və Azad Suriya Ordusu döyüşçüləri də İŞİD-ə qarşı döyüşlərə qatılıb.

Səhər saatlarından etibarən kəşfiyyat uçuşları etməyə başlayan təyyarələr günortaya doğru İŞİD-in Kobaninin şərqindəki hədəflərini bombalamağa başlayıb.

Nihad


Müəllif: