15 Fevral 2022 11:24
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada hökuməti Ukraynaya 500 milyon dollar kredit və 7,8 milyon dollar dəyərində silah verəcək.

Teleqraf.com-un xəbərinə görə, bunu Kanadanın Baş naziri Justin Trudeau deyib.

O bildirib ki, bu kredit Kanadanın Ukraynaya verdiyi daha əvvəl elan edilmiş 120 milyon dollarlıq kreditə və öldürücü olmayan silahlara əlavədir.

Trudeau Kanadanın dəstəyini bir daha təsdiqləmək üçün həftə sonu Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdığını söyləyib.

Baş nazir deyib ki, bu dəstək ABŞ, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Hollandiya və Polşadan silah almış Ukraynanın müraciətinə cavabdır:

“Dəstəyin məqsədi Rusiyanın gələcək təcavüzünün qarşısını almaqdır. Vəziyyət sürətlə gərginləşir və biz öz qətiyyətimizi nümayiş etdiririk”.

Justin Trudeau qeyd edib ki, kanadalılar və dünya üçün Kanadanın Ukraynanı və onun müstəqilliyini, bütövlüyünü və suverenliyini, o cümlədən özünümüdafiə hüququnu dəstəkləməyə davam edəcəyini bilməsi vacibdir”.


Müəllif: Nemət

Oxşar xəbərlər