18 Fevral 2022 14:19
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Döyüşlər Kiyevə çatarsa, şəhər tamamilə boşaldılacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna İctimai Radiosunda Kiyev Şəhər Dövlət Administrasiyasının Bələdiyyə Təhlükəsizlik Departamentinin direktoru Roman Tkaçuk məlumat verib.

O bildirib ki, hərbi əməliyyatlar baş verərsə, evakuasiya həyata keçiriləcək və şəhərdə yalnız mühüm infrastrukturun və Silahlı Qüvvələrin işçiləri qalacaq.

Meriyanın nümayəndəsi əlavə edib ki, belə olan təqdirdə müvafiq bölmələr mühüm infrastruktur obyektlərinin fəaliyyətini təmin etmək üçün həm quru, həm də yeraltı nəqliyyatda çalışacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər