22 Fevral 2022 20:56
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiya Şurası Donbassdakı vəziyyətlə əlaqədar silahlı qüvvələrin ölkə hüdudlarından kənarda istifadəsinə dair razılıq verib.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar axşamı parlamentin yuxarı palatasının növbədənkənar iclasında yekdilliklə qəbul edilib. Bu qərarın lehinə 153 deputat səs verib.

Sənəd qəbul edildiyi andan qüvvəyə minir.

Federasiya Şurasının sədri Valentina Matvienko palatanın iclasında bildirib ki, Rusiya silahlı qüvvələrinin xaricdə istifadəsi, xüsusən də Donbassda sülhün bərqərar olması və mülki şəxslərin atəşə tutulmasının qarşısını almaq məqsədi daşıyacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər