Kreml Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların təşkili üçün heç bir maneə görmür.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, ancaq təmaslar Ukraynanın Moskvanın təhlükəsizlik problemləri barədə danışmağa hazır olduğu halda mümkündür.
“Əgər Ukrayna rəhbərliyi bu barədə danışmağa hazırdırsa”, - deyə Peskov jurnalistlərə Rusiyanın təmaslara hazır olub-olmaması sualına cavab olaraq deyib.
O xatırladıb ki, Putin artıq Rusiyanın Ukraynadan nə gözlədiyi ilə bağlı öz baxışını formalaşdırıb, beləliklə, konseptual qırmızı xətt problemləri həll edilib.
“Biz bunu kifayət qədər aydın şəkildə formalaşdırmışıq: bu, neytral statusdur, bu, silah sistemlərindən imtinadır... Burada sual Ukrayna rəhbərliyinin buna hazır olub-olmamasıdır”, - Peskov əlavə edib.