Vladimir Putinin əmri ilə başlayan Ukraynanı işğal əməliyyatı üçüncü gündür davam edir.
Teleqraf.com xəbər verir ki, paytaxt Kiyevi və Qara dənizdəki liman şəhərlərini ələ keçirməyə çalışan Moskvanın işğala nə vaxt son qoyacağı isə məlum deyil.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də açıqlamasında bu müəmmanı təsdiqləyib.
Medvedev bildirib ki, əməliyyat Putinin açıqladığı bütün nəticələr əldə olunana qədər davam edəcək.
“Donbasa sülh gətirmək üçün” Ukraynaya girəcəyini deyən Putinin planının dəyişdiyi artıq bütün dünya tərəfindən qəbul olunub.