26 Fevral 2022 21:25
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin sanksiyaları mif və uydurmadır, onların qəbulu Rusiyanın kursunu dəyişdirə bilməməsi səbəbindən siyasi impotentliyin əlamətidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib.

“İnanıram ki, bu, bütün ağıllı insanlara aydındır: sanksiyalar mif, uydurma, nitqin fiqurudur. Mən xaricdə geniş şəkildə reklam edilən bu hüquqların məhdudlaşdırılmasına çox biganə yanaşıram. Daha sərt deyə bilərəm, amma çəkinəcəm. Mən Rusiya vətəndaşıyam. Və bununla hər şey deyilir. Amma sanksiyalar məlum səbəbə görə aparılır. Rusiyanın kursunu dəyişdirə bilməməsi zəminində yaranan siyasi impotentlikdən”, - deyə o Qərbin sanksiyalarını şərh edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər