26 Fevral 2022 21:02
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb.

Telefon danışığı zamanı Ukraynada baş verən son hadisələr müzakirə olunub.

Hulusi Akar Türkiyənin humanitar səylərə töhfə verməyə davam edəcəyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər