Almaniya Ukraynaya tank əleyhinə 1000 ədəd silah və 500 "Stinger" raketi göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts Tvitterdə məlumat verib.
"Ukraynaya dəstək olmaq bizim borcumuzdur. Ukraynaya özünümüdafiə məqsədi ilə tank əleyhinə 1000 ədəd silah və 500 "Stinger" raketi göndərəcəyik", - deyə kansler bildirib.