27 Fevral 2022 08:34
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq banklararası "SWIFT" sistemi Qərb ölkələri tərəfindən təsdiqlənmiş və Rusiya banklarına yönəlmiş tədbirləri görməyə hazırlaşır.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Röyters" agentliyi "SWIFT"in açıqlamasına istinadla məlumat yayıb.

"Yeni tədbirlərə məruz qalacaq təşkilatlar haqqında ətraflı məlumat əldə etmək üçün Avropa səlahiyyətliləri ilə işləyirik və qanuni təlimatdan sonra onları həyata keçirməyə hazırlaşırıq", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, daha əvvəl Aİ, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya və Böyük Britaniyanın nümayəndələri sanksiyalar tətbiq edilən Rusiya banklarının, lazım gələrsə, Rusiya Federasiyasının digər banklarının da "SWIFT"dən çıxarılması barədə razılaşıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər