Rusiya Ukraynaya qarşı müharibədə artıq hücum kontingentinin üçdə ikisini, 100 minə yaxın əsgərindən istifadə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.
“Bu məlumatlar göstərir ki, hazırda ehtiyatda 50 minə yaxın hərbçi qalıb. Pentaqon belə bir rəqəmi “əhəmiyyətli” adlandırır.
ABŞ Müdafiə Nazirliyi işğalçılar, o cümlədən yanacağın çatdırılması ilə bağlı logistik problemləri qeydə alır. Bunu Xarkova, eləcə də Kiyevə hücum cəhdləri zamanı görmək olar", - ABŞ rəsmisi qeyd edib.