Rusiya ordusu Ukraynada hücum tempini azaldıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının Baş Qərargahı səhər saatlarına olan əməliyyat məlumatında bildirib.
Bu günə olan məlumata görə, Ukrayna briqadalarından biri tərəfindən düşmənin 5-dən çox texnikası və canlı qüvvəsi artilleriya atəşi ilə məhv edilib.
Rusiya Federasiyasının işğalçı qüvvələri hücumun sürətini azaldıb və Ukraynada həm texnika, həm də canlı qüvvə itkiləri verməkdə davam edir. Rusiya işğalçıları hücumun sürətini azaltsalar da, bəzi sahələrdə uğur qazanmağa çalışırlar.
Belə ki, hava hücumu zamanı düşmən hərbi və mülki aerodromları, qoşunların (qüvvələrin) idarəetmə məntəqələrini, hava hücumundan müdafiə obyektlərini, mühüm infrastruktur obyektlərini, müdafiə zonalarında yerləşən yaşayış məntəqələrini və bölmələri atəşə tutmaqda davam edib.
Məlumatda qeyd edilir ki, beynəlxalq humanitar hüquq normalarını pozan Rusiya ordusu məkrli şəkildə Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər.
Baş qərargah hesab edir ki, rus işğalçılarının hərbi əməliyyat məqsədinə çatmaq üçün bütün cəhdləri iflasa uğradı: “Yaxınlaşmalar üzrə tabor-taktiki qrupların hücumlarını uğurla dəf etmək, düşməni hücumdan əl çəkməyə məcbur etmək mümkündür”.
“Düşmən ruhdan düşüb, böyük itkilər verir. Tez-tez fərarilik və itaətsizlik halları olur. Düşmən anlayıb ki, təbliğat və reallıq fərqlidir. İşğalçılar bizdən qorxurlar. Ukrayna qəhramanları sabiq müdafiəni davam etdirir”, - məlumatda deyilir.