Londonun mərkəzində “Hyatt Regency” otelində 5 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib.
Polis rəsmiləri partlayışın otelin mətbəxində baş verdiyini bildiriblər.
Partlayış nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 2 nəfər isə ayaq nahiyyəsində zədələrlə xəstəxanaya çatdırılıb.
Hadisə baş verən yerə polis, xilasedicilərin vertolyotu, bir neçə təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib.
Bu arada oteldə qalanlara təcili evakuasiyadan sonra öz nömrələrinə qayıtmasına icazəsi verilib. Belə ki, baş verə biləcək yeni partlayış təhlükəsi olmayıb./anspress/