22 Noyabr 2014 22:55
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın gələcəyini Moskva deyil, Ukrayna xalqının özü müəyyənləşdirəcək”.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, müvafiq fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland səsləndirib. O, Maydan hadisələrinin birinci ildönümü barədə danışarkən ukraynalıların öz suveren hüquqlarına tam sahib çıxacaqlarına əmin olduğunu vurğulayıb:

“Heç bir ölkə başqa ölkənin gələcəyini müəyyən etmək haqqına malik deyil. Digər tərəfdən, heç bir ölkə başqa ölkənin üzv olacağı ittifaqlar haqqında qərarlar qəbul edə blməz. NATO-nun qapıları avroatlantik yönümlü istənilən dövlət üçün açıqdır. Ukraynanın ittifaqa üzvlüyünə gəlincə, bu məsələ rəsmi Kiyevin istəyindən asılıdır. Belə bir istək olarsa, üzvlük məsələsi Ukrayna ilə NATO arasında danışıqların mövzusu olacaq".

Nail Cəlil


Müəllif: