Ukraynaya silah və sursat tədarükündə əhəmiyyətli irəliləyiş var.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Alksey Reznikov bildirib.
O deyib ki, sursat və silahların tədarükü incə məqamdır: “Silah və sursatların tədarükü ilə bağlı açıqlama verməyəcəyəm - bu, incə məqamdır. Qoy düşmən təəccüblənsin. Bilsin ki, əhəmiyyətli irəliləyiş var”.
Onun sözlərinə görə, son üç gündə 50 mindən çoxu dəbilqə və gülləkeçirməz jiletlər çatdırılıb.
“Biz tədarükçülərin artıq NATO orduları üçün tikdiyi formaları alırıq. Qoy bizim müdafiəçilər fərqli geyinsinlər. Əsas odur ki, düşməni məğlub etmək rahat olsun”,- nazir əlavə edib.
Reznikov bildirib ki, onlar partnyorlardan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sahəsində yardım almağa çalışır: “Qələbəmizin qaçılmazlığına inamı verilən vədlər deyil, Ukrayna Hərbi Hava Qüvvələridir”.